Bu gecə yuxuma gəlmişdin,gülüm,
Gözlərin gülərək mənə baxırdı.
Yenə yanımdaydın,ay ömrüm-günüm,
Qəlbindən qəlbimə sevgi axırdı.
Şirin sözlərinlə könlümü aldın,
Sanki məst etmişdi məni məhəbbət.
Məni gəlişinlə göyə ucaltdın,
Üzümə gülürdü yenə səadət.
Bir az hüzünlüydük, bir az sevincli,
İnana bilmirdik görüşümüzə.
Qovmuşduq kədəri,qəmi, nisgili,
Xoşbəxtlik düşmüşdü qismətimizə.
Yastığım islanmış göz yaşlarından.
O sənli anlarım çoxdan köç etmiş,
Ömrümün saralmış varaqlarında...
©amine571
A