X

Bu göylər şahının lütfü mənə sayə salıb hər an

Bu göylər şahının lütfü mənə sayə salıb hər an,
O itmiş könlümə indi dübarə olmuşam sultan.
Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
Nə yaxşı, - söylədi canım, - tükəndi möhnəti-zindan.
Könül ki, oldu asudə, özümdən bir məsəl qurdum,
Deyim, şirin məsəldir bu, qulaq as, ləzzət al ondan!
Gedib məğribzəminə, bir kişi dərya kənarında,
Dararkan başını, bir tük yerə saldı o, başından.
Köçüb sonra o Məğribdən, güzan Məşriqə düşdü,
Külək əsdi, yağış yağdı, yarandı bir neçə tufan.
Otuz il keçdi ol gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, oldu buna heyran.
Buna Xaqaninin halı, onun Abxaza ezamı,
Qəribə oxşayır. bir bax, necə dövr eyləyir dövran.
©xaqani