Bəlkə də yenidən özgə qəlbində
Bir sevgi çırağı yandıracayıq
Bəlkə də bu sevgi heç bizlik deyil
Özgənin qəlbin də sındaracayıq
Dedim ayrılmayaq,hər nə olubsa
Keçmiş səhifələrdə qalsın əbədi
Dedin mən yazdığım səhifə dolubsa
Yeni bir səhifə açmaram qəti
Bacardıq,o boyda sevgini məhv elədik biz
Kim bizə pis oldu,pislik eylədi
Hamısın bir-bir əfv eylədik biz
Bircə özümüzü bağışlamadıq
Bitdi bir röya tək məhəbbətimiz
İtirən biz olduq itən xəyallar
Bir vaxt sarsıdacaq gec olsa belə
Özgə yatağında bitən xəyallar.
©vusaljafar
V