A

"Bu ürək hələdə sənə bağlıdır"

Müəllif: Əlizamin Həsənəli
“Bu ürək hələdə sənə bağlıdır”
Bu ürək hələdə sənə bağlıdır
Özünü odlara yaxa bilməyir
Bu ürək qoymayır sevib seviləm
Kor edib gözümü baxa bilməyir
Bu ürək hələdə sənə bağlıdır
Gör sənsiz nə qədər ötüb fəsillər
O gözəl baxışa gözəl gülüşə
Bu ürək həsrətdir gör neçə illər
Bu ürək hələdə sənə bağlıdır
Qoymayır unudam hər şeyi silib
Hər vuruşunda sən xatirəndi bil
Beynimə gözümə hakim kəsilib
Bu ürək hələdə sənə bağlıdır
Yağsada yağışlar axsada sellər
Bu ürək bir dağdır çənə bağlıdır
Gəlsədə baharlar açsada güllər
Bu ürək hələdə sənə bağlıdır
Sonunda öldürə ya məni yıxa
Bu dərdə hicrana dözmək olarmı
Sonunda qorxuram sinəmdən çıxa
©alizamin.h