Çıxıb dağa hay salarıq
Əl bir olub el qalarıq
Elin payın tez alarıq
Zülmət alıbdır həyatı
Nalla yəhərlə Qıratı
Aşıq oxu bir bayatı
'- Burdan bir atlı keçdi-'
Oyanacaq el balası
Həm anası həm atası
Yaşayacaq BəzQalası
At üstə canlı gəldi
köynəyi qanlı gəldi
O adlı sanlı gəldi
'- Burdan bir atlı keçdi
Atın oynatdı keçdi-'
Bu dünyanı atdı getdi
Günəş kimi batdı getdi
Ay günəşə çatdı getdi
Şirindir o bal kimi
Sevməlidir maral kimi
Yox oldu bir xəyal kimi
'- Burdan bir atlı keçdi
Atın oynatdı keçdi
Gün kimi Şəfəq saçdı
Ay kimi batdı keçdi-'
15 october 2004
........................................Note:siirde gelen bayatı el bayatısıdır.
©ahmethani
A