Gülüm bilirsənmi nədən qorxuram
Sənsizlikdən deyil sənli günümdən
Çünki mən bir tək Allaha bağlıyam,
Sevgim bütləşsə nur itər üzümdən.
Hərkəs bilir meyl etmirəm harama
Gözüm bağlıdır zinaya günaha
Baxıb qəlbim üstə olan yarama
Dedim imtahanım bəlli sözümdən.
Biz ibni-bəşər daima günahkar
Yaratılışdan belədir başı bəlalı
Həyatı əzablı ömrü cəfakar
Heç olmaya yar sən gətirmə gözümdən.
Bilinmir aşiqlərin dərdi heç vaxt
Neçə şahın altından eşq üstə
Alındı qəsb edildi viranə taxt
Səni görəcək gedirəm özümdən.
Hər daim mən sevdim sən sevildin
Mənə nifrət edildi sən şən görüldün
Mən saqi yanında sən xoşbəxt idin
Qəmim bilinibdir çökmüş dizimdən.
Həsrət hər gecə həsrət yoruldum mən
Deməzdim yoruldum bircə dəfə sən
Desəydin aşiqim sevirəm səni mən
Odur şerab qoxusu getmir mizimdən.
Şeiri yazdım anlayarsan məni
Görərsən məndə olan qəmi kədəri
Yəni sevgini həsrət adlı dərdi
O zaman bəlkə gələrsən izimdən.
Kim bildi ki canan sevirəm səni
Dedi sənə bu qız nəysə yaraşmır
Mən xəyala dalıb gördükdə səni
Yaş tökür gözüm dərya dənizimdən.
Bu nəcə dərdir qəmdi dinmir bitmir
Dözmür axı məndəkidə ürəkdir
Bu dərdləri hər aşiq olan çəkmir
Mənə ağrı vurur qəlb mərkəzimdən.
Zəhrimar eşq bitsin istəmir insan
Yarda gərçək aşiqə etməz əman
Aşiq deyir bu dərd yamandır yaman
Tutulan gündən əl çəkmədim nəzmdən.
©darya_isaq
D