M

🇦🇿BƏYİM!🇦🇿

Adına rast gəlirəm çox az kitabda sənin
Səni necə unudar qurduğun Vətən, bəyim?!
Hey azadlıq eşqiylə çırpındı qəlbin sənin
Bu qədər əziyyəti unutmaq çətin, bəyim!
Ruhun yoğrulub sənin bu Vətənin adıyla
İgidi qorxutmazlar düşməniylə, yadıyla
Köçmüsən bu dünyadan azadlığın dadıyla
Əbədi yaşayarsan qəlbimdə mətin, bəyim!
Neçə hüquq gətirdin Şərq adlanan aləmə,
Əsarət zindanına bu qatlanan aləmə,
Bizi çıxartdın o gün, savadlanan aləmə
Xəyanətin qurbanı oldu dövlətin, bəyim!
Əlbəttə, tanınıblar mərdliyiylə igidlər
Ayaqda saxlayıbdı bu Vətəni şəhidlər
Bu yolun ardıcılı, Mübariz tək seyidlər
Yayılsın qoy aləmə sənin şöhrətin, bəyim!
Rabil istər Xudadan sənə daim rəhməti
Çəkmisən Vətən üçün neçə ağır zəhməti
Nə qədər eyləsək də sənə azdı hörməti
Bu üç rəngli bayrağım sənin sərvətin, bəyim!
🇦🇿QəmliAşiq🇦🇿
©qemliasiq