Müəllif Ömür Yazar.
Bəyənməz. 25.06 2020.
Gülüşü gözlərin yaraşığıdır,
Ancaq gözündəki qaşı bəyənməz.
Ağladar - ağladar zalım balası,
Sonra gözündəki yaşı bəyənməz.
Dünyanı yox edər qadın istərsə,
Dönməz birdə geri çıxıb gedərsə,
Qorx ondan o zaman deyib edərsə,
Öz başıyla gedər, başı bəyənməz.
Gönlünü fəth edib, dahada devir,
Onu bir kitab bil, dilini çevir,
Sənlə savaşırsa deməli sevir,
O, xoş olmayan daş,qaşı bəyənməz.
Sərvət anaların, nemət onların,
Qadın bir dəyərdir, millət onların,
Axirdə onların, cənnət onların,
Cəhənnəmlik yoldaşı bəyənməz.
©ömüryazar
Ö