A

Çağır gəlim...

Qəlbi sıxıb dərd üzəndə,
Bölmək üçün çağır gəlim...
Saf eşq üçün dilənəndə,
Çağır məni, çağır gəlim...
Boş ver olub ötüb keçən,
Səhvsiz insan varmı denən,
Bir arada biz yenidən,
Olmaq üçün çağır gəlim...
Düşünmə ki, unutmuşam,
Qəlbi səndən soyutmuşam,
Başqasına vurulmuşam,
Deyil belə çağır gəlim...
Sevmədim ki, unutmaqçun,
Bu sevgidən yorulmaqçun.
Sən, mən deyil biz olmaqçun,
Bəsdi susdun çağır gəlim...
Alvin 2020
©alvin_slm