M

🍃Candı Vətən🍃

Keçirir həm səhərin, həm gecəsin bəziləri
Güvənib qüvvəsinə, rütbəsinə bəziləri
Talan eylir camaaatın neçəsin, bəziləri
Qulaq asmır yenə haqqın səsinə, bəziləri
Əzəlindən dolanıb başına baxsan,Vətənin
Tutub, işğal eləmək niyyəti ilə neçəsi
Gül, çiçəkli bağına, daşına baxsan Vətənin
Qalıb işğalda bu gün sərvəti ilə neçəsi
Nə qədər ki, unudar düşmənini millətimiz
O qədər də, edəcək fitnə, fəsad düşmənimiz
Qovmayınca buradan ermənini millətimiz
Olacaqdır o günəycən hələ şad düşmənimiz
Baxaraq tarixə ondan gərək ibrət götürək
O zamandan bizə kimlər necə rəftar eləyib
Gələcək nəslimizə tarixi düzgün ötürək
Ki, qoy onlar da bilə hansı günahkar eləyib
Meracı yazmağa vadar eləyən vicdanıdı
Sən də bir yol nəzər et haqqı deyən vicdanına
Kimin üçün ki, Vətən həm qanıdı, həm canıdı
O, Vətənçün şəhid olduqda qovuşur canına
🍃MERAC🍃
©merac