_

Çarə yox sənidə unutmalıyam...

Silib yaddaşımdan sənli günləri
Yaşaran gözümü qurutmalıyam
Həm bu gün həm dünən həm ötənləri
Çarə yox sənidə unutmalıyam
Göz yaşım bəlkədə qalıb yadında
Neyləsəm yadıma düşür adında
Yandırıb könlümü sevgi odunda
Yarama duz basıb ovutmalıyam
Çarə yox sənidə unutmalıyam
Qaraldıb qanımı təkliyə qaçıb
Dodağım altına şeirlər saçıb
Keçmişin yenidən üstünü açıb
Təzədən bağayıb soyutmalıyam
Çarə yox sənidə unutmalıyam
Qanunu sevgiyə aid etməyib
Sevincə yol açıb kama yetməyib
Ömürdə uğura tərəf getməyib
Yolumun yarsından qayıtmalıyam
Çarə yox sənidə unutmalıyam
Tövsiyəm xatirə tapıb azarsan
Onların üstünə bitdi yazarsan
Sanma ki unutdum hələki varsan
Onsuzda keçmişə üz tutmalıyam
Çarə yox sənidə unutmalıyam
©_huseyn_