M

🥀~..ÇarəSən..~🥀

Yenə də dalmışam puç xəyallara
Gözümün önünə gətirir səni
Mən ki inanmazdım bu masallara
Gör necə özünə öyrədib məni
Baxıram otaqda küncə, divara
Sanki şəklin orda canlanır belə
Etmisən eşqinlə məni avara
İndi bax hər yanda hallanır belə
Almıram heç güldən ətrini sənin
Nə qədər uzanır həsrətin sənin
O qədər istirəm xətrini sənin
Tək məni incidən nifrətin sənin
Mən hətta gəzmərəm səhranı sənsiz
Bu qədər şiddətli sevirəm səni
Sağalda bilmirəm yaranı sənsiz
Tapılmaz eşq adlı dərmanın təni
Rabil, ağrısa da qəlbin hər dəfə
Səbr elə vüsal da yetişər, gələr
Yayılsa sorağın lap hər tərəfə
Yenə də qəlbini bu kədər dələr
🍂QəmliAşiq🍂
©qemliasiq