D

Dağlılar

Yetirib nə qədər şair,sənətkar dağlılar
Düşmənə düşmən,dosta yar dağlılar
Tanınıb Müşfiqin tarı,sındırılan sazı,
Haqqınızda beş on kəlimə yazılıb azı,
Bakı,Sumqayıt,Quba,Şabran,Xızı,
Olub sizə cənnət diyar dağlılar.
Düşmənə düşmən,dosta yar dağlılar
Müxtəfidir tarixiniz olubdur sirr
Sizin tək mərdlər tapılır nadir
Ərlərinizdən vardır Dağlı Cavanşir
Belinizdən əksik olmur makar dağlılar
Düşmənə düşmən,dosta yar dağlılar
Var nə qədər igidiniz,qəhrəmanınız
Həqqin yolunda qurbandır canınız
Məlumdur yayılıb şöhrətiniz-şanınız
İsminiz olub aləmdə şüar dağlılar
Düşmənə düşmən,dosta yar dağlılar
Allah qorusun sizi qüssə-kədərdən
Mərdiməzardan,dərddən,nəzərdən
Uzaq olasınız həmişə şər xəbərdən
Almasın ömrünüzü qubar dağlılar
Düşmənə düşmən,dosta yar dağlılar
©azeri_şair