M

Daha bu dünyadan nə istəyim mən?!

Sənsiz ömür sürmək qismətim isə,
Daha bu dünyadan nə istəyim mən?!
Mükafat dediyi həsrətim isə,
Daha bu dünyadan nə istəyim mən?!
Var mənim arzuma hər bəhanəsi
Qismət bəhanəsi, zər bəhanəsi
Bitib tükənmirsə, gər bəhanəsi
Daha bu dünyadan nə istəyim mən?!
Gah sağda, gah da ki, solda aldadır
Dərədə, təpədə, yolda aldadır
Girir dondan-dona rolda aldadır
Daha bu dünyadan nə istəyim mən?!
Adına neçə cür şayə buraxır
Hiylə, kələk adlı masqalar taxır
Sonra arsız-arsız üzünə baxır
Daha bu dünyadan nə istəyim mən?!
Yoxdursa dünyanın, Merac, vəfası
Qüssə, kədərdirsə onun səfası
Bitmirsə əzabı, qəmi, cəfası,
Daha bu dünyadan nə istəyim mən?!
🍃MERAC🍃
©merac