M

#ƏdalətSiz

Sevinib şadlıq eylədik,
Ki çıxmışıq xoş günə biz
Anlayarıq doğrusunu,
Baxsaq bu gün və dünə biz
Unudulur xoş dəyərlər
Məhv edilir belə dünya
Haqq, ədalətin qanıyla
Dönür indi selə dünya
Belə azğın zəmanədə
Yaşamaq indi çox çətin
İtir gözün görə-görə
Neçə-neçə əziyyətın
Niyə zülmlər çoxalır
"Azadlığın" bayrağıyla?!
Batil hövsələdən çıxır
Haqqın bircə qınağıyla
Qoyma batil fikirlərin
Qurbanına çevriləsən
Haqq ilə ol, haqla yaşa
Qoy haqlı tək devriləsən
🍃#MERAC 🍃
©merac