Ö

Danışan Mələk

Müəllif Ömür Yazar
Danışan Mələk!
Məni xəyal sanmayın,
Mən gərçəyin özüyəm.
Düşmənin yan baxdığı,
Düz görənin gözüyəm.
O mənəm ki, günahsız,
Qana boyanan uşaq.
O qanla ki körpələr,
Hələ tarix yazacaq!
Aysuyam, Narinəm mən,
Mən ki, boy atacaqdım.
Doğulanda bilməzdim,
Erkəndən yatacaqdım.
Cənnətin ən çiçəkli,
Yerində rahatıq biz.
Anacan sizin üçün,
Ancaq narahat biz.
Ey gözü yaşlı atam,
Sil gözünün yaşını.
Vətən sağ olsun deyib,
Dik tut məğrur başını.
©ömüryazar