Dünya qoca, mənsə cavan,
Ömrü sürürəm mən firavan.
Niyə danışım dostum yalan,
Darıxmışam o yarçün mən..
Sevgi mənçün olub dərin,
Çəkdim daim dərdin sərin.
Deyən yoxdur heç afərin,
Darıxmışam o yarçün mən..
Zalım fələk üzdü yaman,
Aman vermədi heç zaman.
Niyə oldu beynim duman,
Darıxmışam o yarçün mən..
Gəlib yaman əsdi külək,
Çox gəldilər mənə kələk.
Getdi həyatımdan mələk,
Darıxmışam o yarçün mən..
©sh.tural
T