S

Darıxmışam

Nə tez keçdi ömür belə yuxu kimi
Böyüməyə tələsirdim çoxu kimi
İndi gec ayılıb kədərli peşman kimi
Ötüb keçən uşaqlıqçün darıxmışam
Düşüncəmiz oyuncaqdi ,oynamaqdı
İstədiyimizi almaq üçün ağlamaqdı
Çomaq ilə döyülməkdi,dağlanmaqdı
Yadda qalan xatirələrçün darıxmışam
Meyvə yeməyə girərdik bağ həyətə
Hasardan hoppanib gizlin xəlvətcə
Gələrdi əldə ağac bağ yiyəsi söyə söyə
Heyif deyil, ötən illər üçün darixmışan
Yox idi nə dərdimiz nə qəmimimiz
Qollayardi qoruyardi bizi ,mələyimiz
Məzarlar önündə dayanıb kimsəsiz
Ata üçün ana üçün çox darixmişam
Hər şeyin vaxtinda gərək bilək qədrini
Vaxtında göstərək ,söyləyək sevgini
Məzar önündə dayanib peşmanlar kimi
Deməyək qayit gəl sənin üçün darıxmışam
©sairqemli