Gözlərim gözlərinə durmadan nəvaziş edir
Bax(ı)şinin tilsimi var, görmədin mi vərdiş edir
Sanki baxdiqda Anar gözlərində söz itirib
Qeyb olan sözləri göz qarəsində təfdiş edir
Dərdini söyləmədin mən(i)sə ardıcıl bilirəm
Sözlərin gizlədilir, gözlərində təşviş edir
Həftənin günləri yalniz rəqəmdə yeddi olub
Həsrətin zülmünü çək, onda həftə yetmiş edir
Ayrılıq faciyəsi köhne dildə təcrübədir
Bax bu həsrət Anar'ı, dəyşə dəyşə Dərviş edir
©darvish
D