Təkrar bizi gət(i)rər üz-üzə səncə bu dünya?
Aşiqlərə düşmən kəsilib məncə bu dünya
Nöqsan elədim səndə kəsildin mənə düşmən
Onsuzda baxıbdır bizə düşməncə bu dünya
Canan dedi mənsiz də Anar zövqü-səfadı
Bilmir gecə gündüz verir işgəncə bu dünya
Eşqin qapısın bağlamışam gəlsən açardım
Sənsiz ola bilməz mənə əyləncə bu dünya
Öldüm ama təzdən dirilib Dərvişə döndüm
Gör bir nə qədər zülm eləyib gəncə, bu dünya
©darvish
D