Maraq gəzirsən ey könül , maraqdır öldürən səni
Oyatmaq istədim deyim oyaqdır öldürən səni
Zaman keçib boy atmısan, uşaq qalıb uşaqlığın
Içində bəlkə ərköyün uşaqdır öldürən səni
Ləbindən istədin, fəqət eşitmədin məhəbbətin
Xəyanət eyliyən həmin dodaqdır öldürən səni
O sevdiyin xəyalların cəhənnəmin içindədir
Düşünmədən atıldığın qucaqdır öldürən səni
Uzaqda gəzmə qatili yaxındadır nəfəs qədər
Düşüncənin içində son qonaqdır öldürən səni
Cinayət eyləyən qələm deyil sənin yazındı bu
Qələm sənin əlindədir varaqdır öldürən səni
Bu Dərvişin səmasınâ günəşdi əlvidâ edən
Günəşdən ayrı nəm çəkən otaqdır öldürən səni
©darvish
D