Qəlbi daşdan insanın bar verməyi müşgül olar
Torpağın qəlbindədir qulluğ edərsən gül olar
Nəfs'i əmmarən ilən qeybət edib qırsan könül
Haqq tərəfdən aldığın sağ dəftərin yüngül olar
Bil təkəbbür insanın imanının düşmânıdır
Aqibət həqdən gəlir köz yandırarkən kül olar
Mömin insanlar gərək həqdən ümidin üzməsin
Mərhəmət etdikcə Allah, nöqtəmiz vergül olar
Qəlbi Dûhâ surəsindən feyz alan hər Dərvişin
Niyyəti âvaz edər nəfsin qulu bülbül olar
©darvish
D