D

Darvish - Ramazanda

Bilsəydi müsəlman nə xeyir var Ramazanda,
İstərdi cihad eyliyə təkrar Ramazanda
İnkar eliyən bir kəsi düzgün bașa salsan
Bəlkəmdə verərmiș sənə iftar Ramazanda
Asan tərəfindən baxaraq söylədi mömin
Șeytan vurulub zəncirə așkar Ramazanda
Șeytan əsir olmușdu deyib  arxayın olma
Nəfsindən ağır söylə əsir var Ramazanda?
Sən nəfsini ram eyliyərək bir ayı tutsan,
Təqva olacağdir sənə paltar Ramazanda
Ac qalmağ orucdur demə , Allah buyururki,
Həm kor olacağ bəndəsi həm, kar Ramazanda
Əmmarədi-Nəfsim dedi: Dərviș eləyirsən
Əsfuski mənimlə(n) acı rəftar Ramazanda,
©darvish