D

Darvish - Unutdum.

Istərdi könül söyləyə leylanı unutdum
Əfsus unudarkən səni, sevdanı unutdum
Hərdəfə yatarkən səni röyada görürdüm
Röyama gəlirsən deyə röyanı unutdum
Zehnim də fəsillər dəyişir sən payız îdin
Son yarpağımız düşdü və hər anı unutdum
Insan ya unutqandı ya nankör yada zalım
Bəlkəm suyu tapdım deyə səhranı unutdum
Dərviş sənə çox yazdı qəzəl sən cırıb atdın
Yəqin qəzəlin altına imzânı unutdum.
©darvish