Aşiq olan pərvanələr dövr eyliyərkən mum olar
Can bir cəhənnəm içrədir yandiqca eşq məlum olar
Fərz eyləmə kəffarədir, eşqin bu cür aşkar edir
Zatən bütün pərvanələr yanmağ üçün məsum olar
Yanmaq mənə müşgül deyil ölməklə bitməz sevgimiz
Cismim yanıb kül olsada, ruhum nə cür məhrum olar?
Dildar mənim hər halıma onsuz da sən bîganəsən
Səhra'yə sən saldin mənî, zülm eyliyən məzlum olar
Mən nəfsimin qurbaniyam Dərviş deyirlər səhrada
Əmmarədən çixmaq üçün divanələr qəyyum olar
©darvish
D