S

DE GÜLÜM

Bu gün bəxtin gətiribdi yamanca ,
Yetirəcəm nə desən mən arzunca ,
Gizli, süzgün, hərdən belə baxınca ,
Ürəyindən nələr keçir, de gülüm?!

Günəş olub yollarına saçaram ,
Sən çağırsan quştək qanad açaram ,
Vüsalına vüsal dolu çataram,
Ürəyindən nələr keçir de gülüm?!

Gəl yaşıma fikir vermə, baş ağdı ,
Qar bürümüş dağ qəlbimdəki dağdı,
Könlüm dindi ,qəlbim coşdu çağladı ,
Ürəyindən nələr keçir de gülüm?!

Məhəbbətdir adım,eşqdir soyadım ,
Nəğmə ilə səni özüm oyadım,
Min diləkdən,bir arzuna mən çatım ,
Ürəyindən nələr keçir ,de gülüm?!

Zülmət gecə şəmin olub yanaram,
Tellərinə çələng hörüb taxaram,
Sübhə kimi hey qadanı alaram ,
Ürəyindən nələr keçir ,de gülüm!

Seymur alıb Kəpəzindən məğrurluq ,
Mənə görə sənin üçün nə qulluq ?
Gəl olmasın,həsrət, hicran ,soyuqluq ,
Ürəyindən nələr keçir, de gülüm?!
©sönmez_s.p