Uyub mülkü-fənaya ey gülüm
çox heyran olma
oyağ ol, qəflətdən ayıl ki cahil
insan olma
uyma əğ'yar sözünə sonra
peşiman olma
sənə zindan olcaq yoxsa bu
dünya əbədi.
Qəlbimə bi'ixtiyar girən bu
eşqin yer alıb
vəfalı çox aşiqlərin ismi
tarixdə qalıb
Qeysi Leyla eşqi o, qəm dolu
səhraya salıb
qəlbi yanmışlara məskəndi
o,səhra əbədi.
Bisutun dağını eşq ilə çapsada
aşiq Fərhad
qəlbində ki dağ mərf elədi o,
aşiqi ey dad
içib əcəl şərabın oldu fani
dünyaya yad
amma ses salıb dünyada yaşıyır
o,sevda əbədi.
əfsus ki sevgi bağında olub xar,
tənha aşiq
həsrətlə gəlir bu dünya sənə dar
tənha aşiq
olmadı öz ismi kimi BƏXTİYAR,
TƏNHA AŞİQ
nə qədər var ömürüm yaşayıram
tənha əbədi.
✴✴✴✴ ✴
✴ ✴✴
✴ ✴ ✴
✴ ⚫✴ ✴
©tenhaasiq
T