_

Deyil

Üzümdə özgəyə saxta təbəssüm
Məni güldürməyə yetişən deyil
Qəlbimə o qədər zərbələr dəyib
Bu köhnə yaralar bitişən deyil
Mən elə bil qəm ovcunda doğuldum
Bir ağac tək ürəyimdən oğuldum
Nə mənası qəhərdə hey boğuldum
Sevinclər kədərlə ötüşən deyil
Mümkünü yox azsan yanında səndə
Min ağrılar gizlədir o bədəndə
Birdə izlə tənhalığa gedəndə
Bilərsən hər xoşbəxt gülüşən deyil
_Hüseyn Məmmədov
©_huseyn_