Mən ki, bu cahan mülkünə varis biri deyləm
Qalmışsa da ruhum bədənimdə diri deyləm
Hərçənd nə qədər dövr edə pərvanə şəm üçün
Hər vaxt deyəcək şəm ona eşqin piri deyləm
Nəfsin boğan insan olacaqdır əsil insan
Boğduqda səni söylə bu meydan şiri deyləm
Gəlməz cahana bir də o "Aslan" silahından
Min bənzəri olsa deyər haqq şəmşiri deyləm
Öz ağlına uyğun edəcəklər səni təfsir
Zikr eylə o an dildə uca təkbiri deyləm
Hər vaxt ki atarlar sənə min hiylə və böhtan
De:"Rahi-hidayətdi" yolum, əlbiri deyləm
Kimlər ki əgər bir dəfə vicdanın itirmiş
Sən min belə töksən deyəcək tədbiri, deyləm
Gör bir nə qədər aqili-fərzanə köçübdür
Rabil, çox heyif ki, oların əsriri deyləm
🍂QəmliAşiq🍂
©qemliaşiq
M