R

deyilmi?

Yalnızlıq tək qalmaq deyilmiş inan,
İnsan insanlarla yalnız deyilmi?
İnsanı insandan ölüm misali,
Ayırıb tək qoyan insan deyilmi?
Cavandı,yaşlıdı yaşa böldülər.
Sevmək hər bir yaşa məxsus deyilmi?
Böyüklər çox şeyi bilir dedilər.
Böyüklər böyükcə səhvdə deyilmi?
Böyük ayrılığın qurbanı olub,
İki sevən kəsdə insan deyilmi?
Hərşeydən bezərsə uzağa getmək,
Qayıdıb gəlməmək haqqı deyilmi?
Bir kəsə danışıb dərdini demək,
Hönkürüb ağlamaq düzgün deyilmi?
Ey dostum insana ümid bağlama,
İnsana yaradan ALLAH deyilmi.
©rufet