Qəlbimdə dəniz tək çağladı qəmim
Yarım bir özgəyə yarım deyənde.
Elə bil dünyadan üzüldü əlim
O qıza ümidim,varım deyəndə.
Bir selə dönmüşdü gözümün yaşı
Ömrüm ilk baharda yaşadı qışı
Yarıma qəlbimdə bir qəbir daşı
Ucaldı özgəyə yarım deyəndə.
Əsdi güclü külək,yağdı bərk yağış
Süzüldü həsrətdən yorulan baxış
Göz yaşım sel olub sulara qariş
Ümman bu dünyaya tarım deyəndə.
ÜMMAN.
V