Necə aydın müşahidə aparaq?
Olanları bir-birindən ayıraq.
Doğru,yalnış necə rahat tanıyaq?
Çataq nura,yalnışlardan arınaq.
Deyirlərki insan sirli qutudu.
Açmaq olmaz bu qutunun sirlərin.
Bizim kimi ona çoxlar toxundu.
Açılmadı sirli qaldı qorundu.
Kimlər forma üzərində işləyir.
Kimlər onda gedənləri izləyir.
Kimlər onun pisixikasın yoxluyur.
Kimlər onu xəstəlikdən qoruyur.
Bəziləri onu şərə buyurur.
Bəziləri onu şərdən qoruyur.
Bəziləri ona yollar buyurur.
Bəziləri buyrulanı korluyur.
Çarəsizlik salıb onu cənginə.
Qulaq asmaq olub ona məngənə.
Eşdiyin dərin varmır fərqinə.
Qulaq asır hər yetənin əmrinə.
Göstərilən fokuslara aldanıb.
Məsləhətə,göstərişə bağlanıb.
Elmi,dini baxışlarla yonulub.
Doğru,düzgün yaşamağı unudub.
Sual verir tapmır onun cavabın.
Yaradılış nədən alır yaşamın?
Alim ona enerjidən dərs deyir.
Dindar ona yaradanı göstərir.
Qulaq asır hər ikisinin sözünə.
Ərə bilmir həqiqətin özünə.
Ortalıqda çarəsizcə dolaşır.
Biliklərlə güclü kimi savaşır.
Aydın olmur düşüncələr danışır.
Fikir,biliklərin varlığından alışır.
Mən tapmışam iddiaya atılır.
Ona qarşı çıxanlarla yarışır.
Düşünür ki,qalib ola biləcək.
Rəqiblərin belin,dizin bükəcək.
Bilikləri verir ona iradə.
Anlamadan gəlir belə qərarə.
Yalnış,doğru ayrılığın anladır.
Biri başqa,biri tamam başqadır.
Soruşulur hansı hardan gəlmədir?
Cavabları yalan,yalnış seçmədir.
Yaxşı,pisə qarşılıqlıq verirsən.
Necə belə hərəkətə keçirsən?
Yaxşı səni necə çəkir özünə?
Pissə yaxşı görünməyir gözünə.
İstədiyin həyatı sən seçirsən.
Seçiləni məgər sənmi keçirsən?
Seçdiyimin düz olduğun deyirsən.
Yaşayanda niyə rahat deyilsən?
Aydın olan şeyə seçim qarışır?
Məlum olan yerdə fikir danışır?
Seçim gəldi anlamağın yerinə.
Anlamadan seçim edir yenə də.
Aydın olmaz yerdə sual verilir.
Qarışıqlıq içrə seçim edilir.
Seçilmişə doğu cavab deyilir.
Doğrudusa niyə seçim edilir?
Fikir nə vaxt hərəkətə qarışır?
Cavab ondan olduğunu danışır.
Biliksizmi verir sual-cavabını?
Verir belə iddialı qərarını.
Kasıb olan varlı olmaq istəyir.
Cahil olan aqil olmaq istəyir.
Aydınlığa hansı çatmaq istəyir?
Çarəsizmi çarə tapmaq istəyir?
Aciz nədir cism,yoxsa daxili?
Ali nədi cism,yoxsa daxili?
Cism bizə ondan öncə göründü.
Daxil isə cism içinə gömüldü.
Aydındımı daxil nədir cism nə?
İnsan çatıb hər ikisinin elminə?
Elm deyəndə biliklərmi deyilir?
Dəqiqlikmi yoxsa vurğu edilir?
İki insan eyni dildə danışır.
Dialoqa məsləhətlər qarışır.
Bəlkə sözlər ortaq deyil araşdır.
Ortaq sözlər varsa niyə dalaşır?
Artırır təcrübə sərhəd xətdini.
Adlaya bilməyir bilik həddini.
Çıxılmaz labirint əyib qəddini.
Çəkilsə yalnışlar görər fərqini.
Yalnışla döyüşüb doğruya çataq?
Bu fikri beydindən biz silib ataq.
Doğrunu yalnışa biz necə sataq?
Zülmətdən işığa bəs necə çıxaq?
Yalanlar dünyanı dolaşıb gəzir.
Hələdə nədəndir o haqqı əzir?
Bəlkədə önünə doğru çıxmayıb?
Çıxbsa niyə də hələ susmayıb?
Nədən sual yaranıbdı beyində?
Bilikləri aydındımı özündə?
Aydındısa niyə sual doğurur?
Məlum olub rahatlığmı qurulur?
Davam edir həyat olub mantra.
Təkrar edib olub vərdiş hazıra.
İstədiyi deyildimi biliklər?
Bilikləri onu rahat etdilər?
Danışıb özgəyə verir məsləhət.
Uşağa,yaşlıya göstər mərhəmət.
Ancaq onlaramı edilsin hörmət?
Cavabı ana və ataya diqqət.
Danışıb daxilin edir biruzə.
Dostlara xidmət et yadlara kəsmə.
Sözünü kəskin et yaxın gəlməsin.
Dostla düşmənlərin fərqini bilsin.
Cismə yaşam hərəkətin nə verir?
Gedəcəyi yeri aydın göstərir.
Göstəməsə hara getsin çaşdırar.
Enerjisi bitər,çatmaz son bular.
Arı çölə çıxır niyə yuvadan?
Bilmir hara getsin indi buradan?
Götür-qoymu edib yolun seçəcək?
Yoxsa aydın olacaqda gedəcək?
Bəs toxumlar necə edir hərəkət?
Qış,yaz,yay,payızımı seçəcək?
Qarışdırsa yaşamına son gələr.
Necə düzgün vaxtı görüb dirçələr?
İnsanlar bəs necə edir hərəkət?
Aydındısa içdə niyə fəlakət?
Seçir,yoxsa aydın yolda yürüyür?
Aydındısa niyə yollar böyüyür?
Niyə hər gün sualları çoxalır?
Günlər kecir zamanı da daralır.
Tapmadıqda gəlir cana usanır.
Sonra zövqü axtarmağa adanır.
Seçilənmi onu çəkir özünə?
Seçən anda düzü gəlir özünə?
Gəlibsə bəs niyə çəkir əziyyət?
Seçdikləri verir ona səadət?
Daxilində təlatümdü susmayır.
Suallar çox çarələri bulmayır.
Çarəsizlik edir onu idarə.
Sarıb onu öz toru ilə əhatə.
Axtarışlar edir rahat durmayır.
Narahatlıq dinib bir an susmayır.
Axtarışı harda,necə aparsın?
Yalnışlardan necə kənar dayansın?
Nədən belə doğruları axtarır?
Necə oldu yalnışlardan utanır?
Yaşayaraq olar,olmaz ayırıb.
Ayıraraq parçalanma yaradıb.
Ayıraraq topluyurdu biliklər.
İşlədəndə görür onlar çürüklər.
Vacib olan nədir görən həyatda?
Onu görsə çözüm tapar yaşamda.
Toplamağı bəlkə ətraf buyurub?
Bəlkə başqa birisimi duyurub?
Bağlanaraq bilikləri qoruyub.
Olub kimsə,həyatını boyuyub.
O kimsəyə həyat olub ağ-qara.
Verir qərar bura getsin,ya ora.
Sual verib soruşulur sən hara?
Cavabları gah burdadı,gah orda.
Düzlə səhvi necə etsin analiz?
Analizlər necə gedir biliksiz?
Bilikləri görən nə ilə toplanıb?
O olmadan necə bilik yaranıb?
O nədir ki,olanları anladır?
Keçiləni həm yaşayır,yaşadır?
Yaşananı anlayansa başqadır?
Görən bunun cavabını anlayır?
Onun adı varmı bu kainatda?
Bəlkə adsız,məkansızdı həyatda?
Bizdən əvvəl ona adlar qoyuldu.
Adlarını bildik sizcə nə oldu?
O nədir ki, cismə verir hərəkət?
Hərəkətlər sonucunda bərəkət.
Bizsə ona yaradandı deyirik.
Hərəkətlər hardan gəlir bilmirik.
Canlılarsa sual verir özünə?
Alacağın alır çatır düzünə.
Alacağın necə aydın tanıyır?
Niyə seçmir ayrısını dadmayır?
Gedəcəyi yeri necə anlayır?
Orda nə var necə bilib,tanıyır?
Bunu ona nəsə aydın göstərir.
Göstərənin özü başqa yerdədir?
Bəlkə bunu elə edir hissiyat?
Cismə verir yaşam edir qediyyat.
Qeydiyyatı bəlkə edir başqası?
Sualların bəlkə budur açması?
Qeydiyyatı edir əgər hissiyat.
Beynə necə düşür yalnış məlumat?
O göndərir beynə gəlib çatmayır?
Gələnlərlə yoxsa kimsə oynayır?
Beyin sual verir görən kimdi bu?
Kimdən alır görən belə fikri bu?
Şübhələnir bəlkə yoxdu doğrular?
Hissiyatı görüb,alır doğru var.
Doğru gələn yeri görüb rahatlar.
Suallar çox bir-bir verib tapdırar.
Cavabları səbirsizcə qarşılar.
Cavabların hamsın alar son bular.
Fikir sona çatar yaşam,davam var.
Gözləyəndə əlbət ki,ehtiram var.
Doğru yalnız onun deyil hər kəsin.
Nurlu yaşam,azad yaşam hər kəsin.
Onda hər kəs azadca yaşayar.
Deyib-gülər hər kəslədə danışar.
Etməz seçim kimi yaxşı,kimi pis.
Bəlkə bunu edə bilər yalnız hiss?
Çatdırılan xəbər üçün şeir yaz.
Qarşısına doğru çıxsa anlamaz?
Yalnış nə vaxt konfliktsiz son bulur?
Bəlkə doğru yalnışları susdurur?
Nədəndi biz yalnış ilə dalaşdıq?
Əlimizə qılınc alıb onun ilə savaşdıq.
Düz olsaydı edərdik mi eynisin?
Düşünürsüz doğru gəlib onu çözə bilməsin?
Qaçdıqca biz sezmədik ağ,qaranı.
Görməliyik aydın faktı,yalanı.
Fakt deyilən nədir görən?
Bəlkə indi,əvvəl keçən?
Bəs idea,dəqiq bilir?
Bəlkə hələ müəllim seçir?
Qulaq assın görüm nədir.
Deyin görüm kim düz bilir?
Versin düzün o qanmasın?
Verən doğru desin,o almasın?
Bəlkə belə düz olmadı?
Bənna verdi şagird aldı!
Niyə dində belə deyil?
Verən verib,alan bilmir.
Teknoloji bilikləri alıb həllə çatdırırıq.
Pisixaloji bilikləri alsaq belə anlamırıq.
Bəlkə fikir bilikləri doğru,düzgün ötürməyir?
Bilikləri içrə ona bəlkə doğru görünməyir?
Bəs necə olanları anladığın qeyd eləyir?
Ötürür məlumatı heç özü nə şəkk eləyir?
Dinləyən çarəsizdə gələnləri alqışlayır.
Bağlanıb olur kimsə,daxilində coşub-daşır.
Doğrunu tapdığını zənn eləyir kobudlaşır.
Verdiyi cavabların düzün bilmir dili dolaşır.
Dəqiq sual görən nəyə deyilir?
Bəlkə cavab olur deyə deyilir?
Düzü görmək üçün yollar seçilir.
Seçəndəsə səhv etdiyi sezilir?
Seçənə biz aqil insan deyirik.
Fikirləşib düzü tapar bilirik.
Fikirləşmək necə cavab tapacaq?
Fikir bilik axtarıb da biləcək.
Fikir nədir,bilik nədir görəsən?
Onlar ayrı,eynidirmi bilirsən?
Bilik özü cavablarmı yaradır?
Yoxsa onu fikir tapıb çıxardır?
Biliklərsə gəlib dolubdur başa.
Gələndəsə özü gəlib birbaşa?
Yoxsa onu fikir yığıb yaddaşa?
Bilik kimdir onsuz həddin aşa.
Hər ikisinin vardır oxşar cəhəti.
Qısıtlıdır hər ikisinin sərvəti.
Təcrübədir hər birinin əvvəli.
Zaman olur təcrübənin əcəli.
Çevrə içrə azadlığı tapıbdı?
Çevrəni bəs kim çənbərə alıbdı?
Sahəsini mərkəz özü salıbdı.
Mərkəz var ki,məhkumluqda qalıbdı.
Kim istəyir azadlığa qovuşa?
Fərhad kimi vura külüngü daşa.
Çırpınıb can atır azad yaşama.
Qəfəsdə qalana etsə tamaşa.
Məhkum azadlıqla olar onda baş-başa.
Tanıyar özün daha sual gəlməz də başa.
Axtarmaz bundan belə kim onu azad eliyə.
Qəfəsin dağılmasında ona nə isə deyilə.
Olar agah qəfəsin bənnaları kim.
Veribdir məhkuma zillət daha kim.
Olub hakim həyatın qarə edib.
Məlum mu indi bu biçarə nə edib?
Polad zəncirləri qırıb azad olunub.
Daha biçarə deyil,tamam azad olunub.
Narahatlıq gətirən sualları həll olunub.
Həll edən fikir deyil,cismə ayan olunub.
Çarələr nədən gəlir sualları həll eləyir?
O nədir doğruları cismə bəyan eləyir?
Bilikdən cavab verənlər axtarır bu nədir?
Necə onlara olsun ayan görəsən o nədir?
Aydın olan hadisəni araşdır.
Görün ona məsləhətlər qarışır?
Sizə aydın olmayanı araşdır.
Görün ona sakitliklə yanaşır?
Səbr nədir bəlkə yavaş hərəkət?
Səbr edir tələsənə şikayət.
Qaçan görən hara belə tələsir?
Yalnışlar çox,bəlkə həllə tələsir?
Rahatlıqsa,görən olar səbirsiz?
Rahatlığa necə çatar,səbirsiz?
Səbr öncədən,yoxsa sonra gələcək?
Yürüyərək səbrə çata biləcək?
Səbirsizlik necə edir şikayət?
Bəlkə odur törətdirən cinayət?
Anlayıbsa cavab niyə axtarır?
Nədən belə vəziyyətdə yaşayır?
Edir doğru,rahatlıqsa gəlməyir?
Seçir yollar hansı dəqiq bilməyir.
Seçiləni keçir özün aldadır.
Aldadılan görün necə haldadır?
Doğrulardan kimsə bizi qaçırır.
Seçimlərə nəsə bizi aparır.
Doğru,yalan hansı bizi aldadır?
Doğru gəlmir yenə özün qandırır.
Şübhə edir onda olan diqqətə.
Diqqət edib çatmaz sizcə həqiqətə?
İnsanlar bəs necə diqqətə çatsın?
Onu deyil seçiblərsə başqasın.
Başqasısa görən nəyə deyilir?
Heç diqqət də özgələrə əyilir?
Bəs o nədir bizi düzdən ayırır?
Bizi burdan başqa yerə aparır?
Ona bəlkə fikirləşmək deyilir?
Diqqətisə fikirləşmək gətirir?
Diqqət olan yerdə fikir edilir?
Fikir varsa diqqət necə edilir?
Fikir görən niyə gəlir beyinə?
Anlayırsa qalıb onun rəyinə?
Gəlib aciz sualların gətirsin.
Edib beyni məşğul deyinsin.
Fikir edir verir çoxlu idea.
Olanları bəlkə çözür idea?
İdealar çoxlu yollar gətirdi.
Çoxlu yollar məsələnin həllidi?
Aydındısa çoxlu yollar yaranar?
Edib qulluq yalnışları sulayar?
Yalnışları aydın görsə inanar?
İnam yoxsa yalnışlardan doğular?
Aydın olan şeyə necə inansın?
Hələ bir də müqayisə aparsın?
Aydındısa niyə seçim yaratsın?
Sual verib sonra cavab axtarsın?
İnsanısa nə doğruya çatdırar?
Etdiklərin incələyər qurtarar.
Çarə verən çarəsizə dönübdü.
Çarəsizsə kəndisini öyübdü.
Fikirləşən kimdi görən sən ya o?
Bilik yoxsa,fikirləşib tapar o?
Fikir yoxsa,bilik necə yığar o?
Hissi verən deyir mənsiz olar o?
Sözlər fərqli insan,insalıq və insanlar.
Hansı nəyə deyilirsə görən bilir insanlar?
İnsan sözü tək fərdlərə deyilir.
Bəs insanlıq görən nəyə deyilir?
Bəs insanlar sözün anlar?
Bəlkə sözü toplayan var?
Görən onlar ayrılırlar?
Hələ bir də toplasınlar?
Görünüşcə bir-birindən ayrılırlar.
Anlamaqda görən onlar ayrıdırlar?
Dini,irqi,rəngi,cinsi fərqli olur.
Rahatlıqsa onlar üçün fərqli olur?
Canlını rahatlığa baxıb görək nə aparır?
Düzə çatmayıbsa heç onu rahat buraxır?
Narahatlıq keçirir,bunu onda nə yaradır?
Bəlkə rahatı alan,narahatlıq yaşadır?
Canlıya agah edir hər ikinsini.
Alıb,anladır olanların çəkisini.
Hansı səhv,hansı düz o bildirir.
Bəlkə onların hər birini hiss eləyir?
Sual verib cavab verək.
Yenə bunu davam edək.
Elə edək sual bitsin.
Rahatlığa çata bilsin.
Cavabları aydın olsa rahatlar.
Yalnışları düzgün sual cavablar.
Düzgün sual qurulmasa cavab var?
Yalnış sual bizi səvhə aparar.
İnsan yığıb doğruları?
Yığıbsa bəs doğru hanı?
Özün sevsə yığar yalnış?
İndi çətin halda qalmış.
Kim edəcək ona kömək?
Kimlərsə yox,bəlkə sevmək?
Necə sevsin sevgi hörmət.
Hörmətəsə deyir zəhmət.
Zəhmət çəkib hanı bəhrə?
Bəhrə deyir biliklərə.
Bilikləri niyə yığıb?
Bilik alıb anlamayıb.
Yığdığları necə gəlib?
Gəlib dönüb suallara.
Bilikləri nə gətirib?
Biliklər dönüb cavaba.
Düzü görər anlamaq gələr.
Anlamaq yenidən sual verər?
Sual verir təkrar niyə?
Bəlkə yenə anlamır deyə?
Həyat belə davam edir.
Sual-cavab doğru gəlmir.
Çaşıb qalıb necə edim?
Suallarla kimə,hara gedim?
Kimə deyil var yaşadan.
Tanıyıram o yaradan.
Yaradanı bilik bilir.
Bəlkə o heç bilik deyil?
Yaradanı forma bilir.
Onun adın,yerin deyir.
Adı,yeri varsa harda?
Qeyibdədi gördün orda.
Forma necə hərəkətə keçir belə?
Aldığların alır,hardan gəlir belə?
Bilir görən anlamağı hardan gəlir?
Anlamağı bəlkə ona hiss gətirir?
Necə olsun ona dəqiq?
Biliklərsə olub rəqib.
Biri ona allah deyir.
Biri görmür yoxdu deyir.
Hissiyatsa belə edir?
Keçəcəyin sual edir?
Sual versin necə edim?
Deyin görüm hara gedim?
Kim verəcək ona cavab?
Cavab versin etsin savab.
Görən olar bunun həlli?
Verənlə,alan fərqli.
Valideyin,övlad fərqli.
Dişi fərqli,erkək fərqli.
Bəs eynilik varmı görən?
Bu cavabı varmı bilən?
Görən cism nece edər?
Keçəcəyin necə seçər?
Öz başına alıb keçir?
Onda sonun niyə seçir?
Cism ölür,bəs hissiyat?
Ölüb getsin olsun rahat.
Ölüb bəlkə doğulmayıb?
Niyə cavab tapılmayıb?
Nədən doğru tapılmayıb?
Bəlkə ona baxılmayıb?
Görən hara baxıb insan?
Çaşıb qalıb halı yaman.
Kim dadına çatsın onun?
Halına da yansın onun?
Çırmalasın əlin,qolun.
Dərdlərinə şərik olsun.
Bəlkə yoxdu elə biri?
Varsa hanı dərdin həlli?
Dərdi bəklə yalan verdi?
Yalansa bəs hardan gəldi?
Doğru yox ki,sual gəldi.
Necə bilsin harda həlli?
Gedib orda rahat ola.
Fikirləşib düşüb tora.
Fikir edir cavab harda?
Bəs fikiri edən anda.
Anlayırmı nədən darda?
Cavab tapar belə halda?
Anlayanda fikir olmaz.
Aydındısa darda qalmaz.
Fikirləşir niyə belə?
Yığdığları səhvdi deyə.
Aydındısa yığan gəlir?
Yığan anda düzün bilir?
Sual verir hansın seçim?
Deyin mənə də düzün bilim.
Sual verən bir an sussa.
Cavab tapar bəlkə onda.
Onda görən sual kimdən?
Doğru,aydın cavab kimdən?
Məsləhətin sayı artıb.
Göstərişlər başın qatıb.
Biliklərə qulaq asıb.
Doğruları görən tapıb?
Niyə hələ sual verir?
Müəllim necə dərsi keçir?
Cavabı verib çıxır gedir?
Yoxsa dərsi izzah edir?
Dərsi deyir,sual gəlir.
Suallara cavab verir.
Məsələni aydın edir.
Şagirdlərdə sual bitir.
Görən insan daxili də eləmi?
Düzü görmək üçün sual veribmi?
Yalnış sual verdiyini sezibmi?
Sezibsə bəs doğru cavab gəlibmi?
Bu fikirlər bizə niyə verilir?
Görən bunlar məqsədlimi edilir?
Bəlkə bizi yolumuzdan döndərir?
Ay camaat bunlar hamsı hiylədir.
Salaq nəzər görək elə edilir?
Verir yalan yolumuzdan döndərir?
Bəlkə deyir nəyi necə edəsiz?
Göstərirmi hansı yolu seçəsiz?
Dialoqun nə olduğun bilirik?
Nə vaxt bizlər dialoqa gəlirik?
Yox problem,əziyyətdə çəkmirik.
Deyin görüm dialoqa gələrik?
Problem çox,dialoqa gəlinib?
Yoxsa qalşılıqlı göstərişlər verilib?
Biri deyir ona bunu belə et.
O da deyir ona sən də belə et.
Dialoqda problemlər son bular.
Bəlkə insan göstərişlə yol tapar?
Göstərişlə tapılsaydı cavablar.
Niyə həllə çatmayıbdı suallar?
Sevgi olan yerdə cavab tapılar.
Düşünürük əlbətdə ki,sevgi var.
Sevgi varsa niyə cavab tapılmır?
Görən sevən sevdiyinə acımır?
Cavabları həll eləyir suallar.
Sualları həll edəcək cavablar.
Ağrı çəkər tapılmasa cavablar.
Ağrı varsa görən onu sevən var?
Sevgi nədir görən onu kim bilir?
Kim deyər ki,onu nəyə bənzədir?
Bənzəyirsə onlar ikisi eynidir?
Yoxsa onun bənzəri yox fərqlidir?
Sevgi bizi hərəkətə gətirər.
Yalnışları çözər hamsın həll edər.
Düzlər varsa,demək bizi sevən var.
Düşünməyə sizcə daha lüzüm var?
Cavabları görən bizə nə verir?
Bəlkə fikir onu bizə gətirir?
Məlumat yox,fikir sual yaradır.
Məlumatı almaq üçün can atır.
Məlumatı almaq fikrin işidir?
Bilik almaq üçün işə girişir.
Düşünür ki,yaşam onun işidir.
Yaşayırsa nədəndi o fikirləşir?
Fikir bilikləri görən necə alacaq?
Necə keçib yaşayıb yaddaşada atacaq?
Toxunduğun keçirib cismə başa salacaq.
Toxunduğun o deyil bəlkə hiss yaşayacaq?
Anladıqsa mövzunu,bizə daha zaval yox.
Hara getsə çözər yol,ona daha zaval yox.
O deyəndə adı var,deyin kim izzah edər?
Adı varsa izzah et,hissin özü söz deyər?
Bəlkə qalıb ona yaşamı dar edənlər?
Yersiz yerdə cismi narahat edənlər.
Qorxu,nifrət,qəzəb onlara işarə.
Olmalı həll qalmasın pislikdən nişanə.
İndi burda özümüzü izləyək.
Görək qorxu hardan belə gələcək?
Bəlkə onu hadisələr verəcək?
Yoxsa beyin özü bunu edəcək?
Tutalım ki,deyək qorxur ölümdən.
Ölməyibsə necə qorxur ölümdən?
Deyək ki,lap sərt əsən küləkdən.
Baş vermir ki,necə qorxur öncədən?
Necə qorxur hadisələr olmadan?
Yoxsa almır qorxunu heç olandan?
Bəs deyir ki,ölüm məni qorxudur?
Yalan deməz yəqin ki,doğrudur.
Qorxunu bəs nə gətirdi beyinə?
Lüzum qalır hələ birdə düşünə?
Daxilində sönməz ocaq qalandı.
Aydın olmur görən necə yarandı.
Düşünərək gedir gələcəyə,keçmişə.
Bəlkə edə bilər hissin zamanını dəyişə?
Zaman yolculuğu edib düşür təşvişə.
Daxilində fokuslanıb edəcəklə,etmişə.
Görən indi daha burda yaşamır?
Bu nədisə heç canlıya oxşamır.
Bəlkə yalnız burda ola bilər o?
Yoxsa necə olanları keçər o?
Yaşamasa necə bilik toplayar?
Görən necə doğru,yalnış ayırar?
Hara getsin,necə etsin,nə bilər?
Aydın olmaz yaşamına son gələr.
İndi görən kimdi edən səyahət?
Güc gətirir ona verir dəyanət.
Azad yaşam verir cismə zəmanət.
Görən varmı onda belə fərasət?
Bəlkə onu fikir burdan qaçırır?
Həm keçimişə,gələcəyə aparır.
Keçmiş,indi,gələcəyi ayırır.
Görən necə zamanı yaradır?
Müqayisə bəlkə zaman yaradır?
Yaşamağı üç hissəyə ayırır.
Nə etmişəm,nə edirəm,edəcəm.
Sizcə bunlara ayrıdırlar,yoxsa cəm?
İndi,keçmişin təcrübələr bəhrəsi.
Gələcəksə,biliklərin idea sahəsi.
İndi,hər birinin ortaq nöqtəsi.
Zamansızsa,hissin indini keçməsi.
Hədəflərə görə müqayisə edilir.
Yollar içrə bir neçəsi seçilir.
Mükafatı yoxsa hədəf qurulur?
Sonucunda cəza varsa onlara toxunur?
Mükafatla,cəza diqqətə qarışır.
Edir seçim düzlə,səhv formalaşır.
Düzü görmür axtarışa başlayır.
Sonra yalnışları dəyişməyə çalışır.
Görək indi qəzəb necə yaranır?
Bəlkə onu olanlar yaşadır?
Deyək kimsə varlılıqdan xoşlanır.
Pulsuzluqdan sizcə qəzəb yaşayır?
Tutalım ki,kasıblıqdan onda qəzəb yaranır.
Varlı olur bəlkə qəzəb sonlanır?
Dəyişsədə qəzəb yenə ordadır.
Onda qəzəb hardan belə başlayır?
Yollar içrə özünə bir yol seçir.
Təcrübəylə bilik yığır kimləşir.
Olur fəhlə,alim,həkim dəyişir.
Biliklərdə düz olmur əsəbləşir.
Kimləşibsə görən düzə çatıb o?
Bilikləri sizcə niyə yığıb o?
Anlayırsa görən bilik toplayır?
Düzlər varsa əlbət rahat yaşayır.
Düzü deyil səhvi yığdığ nə oldu?
Yalnışlarla aciz ortam quruldu.
Bilik gəldi o kənara quyuldu.
Daha canlı biliklərin quludu.
Acizlikdən qaça bilər kənara?
Düz suallar varsa olar ixtira.
Doğru cavab görüb azad olunar.
Azadlıqsa işıq saçar yoluna.
Doğru görən nəyə gərək?
Yalnışlardan biz sevinək.
Yoxsa yalnış kədər verir?
Kədər varsa doğru edir?
Niyə edirik sual-cavab?
Nə marağlı sual,cavab?
Mütləqdir ki,birin seçək?
Birin seçdik hanı cavab?
Aydın oldu seçim bitdi.
Bəlkə fikir yenə seçdi?
Niyə seçsin sual həlldi.
Aydınlıqda cavab bəlli.
Aydındısa düşünürük?
Deyin görüm üşüyürük?
Əynimizi qalın edək?
Bəlkə yenə seçim edək?
Azadlığı hardan aldıq?
Başqasından soruşmadıq.
Olanları biz də bildik.
Heç kimə də əyilmədik.
Bunlar görən bizdə hardan?
Cavabları aldıq hardan?
O da görən nədi belə?
Görmədikmi yoxsa hələ?
Bəlkə bizdə hiss edirik?
Olanları keçiririk?
Başqa nəcə izləyək biz?
Necə aydın öyrənək biz?
Cismə verir o məlumat.
Qeydiyyatı edir azad.
O vaxt ki,bilik toplanır.
Qeydiyyatda sual qatır.
Bilik adın nəyə verdik?
Bəlkə yalnız sözə dedik?
Niyə sonra çaşıb qaldıq?
Adları qarışıq saldıq.
Sözləri niyə yaratdıq?
Necə sözə önəm qatdıq.
Onu ən başa ucaltdıq.
Hissi biz sözlərə satdıq.
Sözlər bildik bəs anladıq?
Necə sözlərə aldandıq.
Sözləri özümüz yaratdıq.
İçində aydınlıq axtardıq.
Fikri öldürməyə çalışdıq.
Onu susturmağla uğraşdıq.
Ustadlardan bilik aldlıq.
Özümüzü yaman aldatdıq.
Hə
A