I

Dilim lal olaydı.....

Gözümdə baharın yağışı (yağmur) oldun,
bir payız (son bahar) yaşadım səni sevəndə.
Sən mənə yaxındın mən uzaq oldum,
dilim lal olaydı "yox" söyləyəndə.

"Sevirəm" sözünü deyə bilmədim,
lal oldu cümələr, dağıldı sanki.
Sənin saf eşqini duya bilmədim,
elə bil o sözlər nağıldı (masal)sanki.........
Getdim.......kölgəm kimi süründü qəlbin....
Qolumdan yapışdı , geri dönmədim.
Bizi hissələrə ayırdı əlim,
bircə yoxluğunu bölə bilmədim.
Səni gözlərimdən atıb uzağa
Uzağı yol bildim, getdi mənimlə...
Bilmədim düşərsən hər gün yadıma,(hafıza)
Özüm öz evimi yıxdım əlimlə.
Gör necə vəfalı bir vəfasızam,
hələ də ağlımdan çıxmırsan mənim.
Özümə hər gecə qəbir qazıram,
Əksini gözümə gömürəm sənin.....
Yerin yağış kimi doldu boşaldı,
gözümdə xəyalın ağlayır indi.
Acı həsrətinlə odlara yandı
İçimdə sevgini dağlayır indi.
Daha kövrəlməyin (kırılganlık) nə mənası var?
Ağlasam, uzanmaz yara göz yaşı..
Bu eşqin içimdə qəm dəryası var,
bir də ürəyimdə qara baş daşı.....
"Get" deyib qopardım səndən əlimi,
bir həsrət bəslədim sevgimin üstə.
"Hə" deyib qaytara bilərdim səni,
dilim lal olaydı "yox" söyləyəndə........İradə