_

Dilim lal oldu

Gördüm  zülfü-camalın, sanki dilim lal oldu
Ey yar qürur torpağım, qəlbimə işğal oldu
Mənə yaşatdın sən cümleyi hey xariqələr...
Gözlərin qəhvəyi rəng yanağların al oldu.
Bilirəm görmədi heç həyat mənə nuri-rəva.
Zülmətdən uzatdın əl qəribə əhval oldu.
Sevdim məcnun tək, biçarə baxışlarla səni.
Məni məndən elədi saçında sığal oldu..
Unutmadım qoxunu təslim eylədim canıma.
O ətir nişanəsi naxışlı dəsmal oldu.
Danmayıb güvəndim eşqi rəvayətdə sanıb.
Ayılanda gec idi hər biri xəyal oldu.
Məni tərk etməyinə sövq elədi de gülüm nə?
Arxanca dediklərim getmə, dayan, qal, oldu.
©huseyn_nn