Gözümdə ilk bahar yağışı oldun,
Mən payız (son bahar) yaşadım səni sevəndə.
Sən mənə yaxındın mən uzaq oldum,
dilim lal olsaydı "yox" söyləyəndə.
"Sevirəm" sözünü deyə bilmədim,
yox oldu cümələr, dağıldı sanki.
Sənin saf eşqini duya bilmədim,
elə bil o sözlər masaldı sanki.........
Getdim..Kölgəm kimi süründü qəlbin....
Qolumdan yapışdı , geri dönmədim.
Bizi parçalara ayırdı əlim,
bircə yoxluğunu bölə bilmədim.
Səni gözlərimdən atdım uzağa
Uzağı yol bildim, getdim əzmlə..
Bilmədim gələrsən hər gün ağlıma,
Özüm öz evimi yıxdım əlimlə.
Gör necə vəfalı, həm vəfasızam,
hələ də ağlımdan çıxmırsan mənim.
Özümə hər gecə qəbir qazıram,
Əksini gözümə gömürəm sənin.....
Yerin yağış kimi doldu boşaldı,
gözümdə xəyalın ağlayır indi.
Acı həsrətinlə atəşdə yandı
İçimdə sevgini dağlayır indi.
Daha üzülməyin nə mənası var?
Ağlasam, uzanmaz yara göz yaşı..
Bu eşqin içimdə qəm dəryası var,
bir də ürəyimdə qara baş daşı.....
"Get" deyib qopardım səndən əlimi,
bir həsrət bəslədim sevgimin üstə.
"Hə" deyib döndürə bilərdim səni,
dilim lal olsaydı "yox" söyləyəndə........İradə
I