M

🥀Dinləyib, bəyənsəniz sevinərəm🥀

Hayıf ola acı-acı başlayıram bu "werse" ə
Ki bəzisi pula görə yaltaqlanır kiməsə
Bu werse deyil həqiqətin yalanlanan üzüdü
Görə bilən adam üçün həqiqətin özüdü
Bəziləri qalıb indi çıxılmaz bir tələdə
Bəzisi də elə qaçır, məəttəl qalıb dələ də
Zaman hələ bizim üçün çox oyunlar quracaq
Sapı bizdən olan alət elə bizi vuracaq
Çoxusa fil qulağında yatır, ama hələ də
Nə deyəsən insanlıqdan xəbəri olmayana
Neçə illər yığıb, ama gözüsə doymayana
Bu soyğunun başqa adı ola bilməz bilirəm
Bu kəslərin adlarını insanlıqdan silirəm
Həyatı da küçə kimi gəzə-gəzə gedirik
Bu həyatda çox adamı acılayıb, əzirik
Kimisə biz əzmək üçün sanki məqam gəzirik
Ən çox da biz özümüzü üzə-üzə gedirik
Repimiz də təzədir, biz ən təzədən təzəyik
Bəlkə də, biz gələcəyin Azrepinə bəzəyik
Çünki biz öz etdiyimiz işimizi sevirik
Atacağın zərbələri əvvəlcədən sezirik..
Həqiqəti görmək üçün gözlüyümü taxıram
Yalan deyən adamlara gülə-gülə baxıram
O elə zənn edir məni yalanlara satacaq
Daha bilmir bu yalanla onun sonu çatacaq
🍃MERAC🍃
©merac