M

🥀...Dəlidir...🥀

Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir,
Eşq olan yerdə bütün aqilü dana dəlidir..
#ĆŹliaÄźaVahid
Hər cürə söz deyərəm mən belə meydanlar üçün
Sözün, əlbəttə ki, qədrin bilən insanlar üçün
Eşq nədir bilsə əgər, hətta o cananlar üçün
Desələr də edərəm mən belə ifa dəlidir
Edən hər aşiqi Məcnun biləsən eşqi olub
Onların qəlbinə saflıq dolu çün eşqi dolub
Canını verdiyi an da deyərək eşqi solub
Kim onu eşq ilə etmiş belə rüsva dəlidir
Yazıram hər gecə mən "Leyli və Məcnun" əsəri
Elə söz söyləginən ki ola hər vaxt kəsəri
Allaha qurban olum saf yaradır hər bəşəri
Sonra biz söylənirik ki axı dünya dəlidir
Biləsən ki bu sözüm çox kəsə olmuşdu qəliz
Elə söz söyləyərəm mən sənə candan da əziz
Yəni qəlbimdə coşubdur yekə dalğalı dəniz
Belə sözlər düzənə sən demə əsla dəlidir
Sözüvün vurğunuyam lap belə sözlər quluyam
Hələ çox azdı yaşım bax belə candan suluyam
Tək o Allah uludur sən demə, Rabil, uluyam
Yazar isə qələmin bir belə misra dəlidir
🍂QəmliAşiq🍂
©qemliasiq