T

DƏLİL SEVDA

Qara gözlərin salıb bir dəli sevdaya məni.
Aparır bu eşqin mehi dərin dəryaya
məni.
Acizəm mən nə yazım sən haqqda
mən nə deyim
bu gözəlliyni seyr etməyə dözmür
üreyim
xəyal etdikcə gözəl gözlərini ey mələyim
bi'ixtiyar salır məcnun kimi səhraya
məni.
Rəhm elə, qoyma öz aşiqini tənha
nə olar
gülə həsrət qalsa bülbülü-şeyda
nə olar
bu qədər yalvarıram qıyma leyla
nə olar
salma gəl həsrət ilə özgə təmanaya
məni.
Üzülür həsrət ilə hər gecə yorğun
könlüm
səndən almış baharın ətirini solğun
könlüm
olub eşqində əsir eşq ilə məcnun
könlüm
edib möhtac səni tək gözləri şəhlaya
məni.
Hər gecə dua edirəm ya sən gələsən ya əcəlim
bir yolluq ya ölüm yada düzəlim özümə
gəlim
bu qədər üzmə məni bil uca RƏBB'İM
gözəlim
səniçin xəlq eləyib bu qoca dünyaya məni.
TƏNHA AŞİQ
©tenhaasiq