Sən sən ol səndəki mənanı bilənlər biləcək
Haqq olanlar yaşayır başqa ölənlər öləcək
Bu əziyyətlər onunçün ki könül fəth edəsən?!
Olma sən gəl bu xəyalda ki silənlər siləcək
Qafil insanə əgər haqqı desən rədd eləyər
Yaşa öz ömrünü haqq içrə gülənlər güləcək
Çağır hər bir kəsi vəhdət yoluna son anacan,
Sən vermə fikrini onlarə bölənlər böləcəklər
Rabil, öz ömrünü haqq yolunda sərf eylə və bil
Kim hidayət olunar onda gələnlər gələcək
🍂QəmliAşiq🍂
©qemliaşiq
M