Taleyimə qış gəldi, ürəyimə yağdı qar,
Yağış da buz bağladı,qar ağladı buludlar,
Soldu narın çiçəklər,viran qaldı bağcalar,
Macal ver,dəli rüzgar, yarı yolda qalan var .
Ürəyimin qulağı eşitmirsə səsini,
Könül qəbul etmirsə "sevirəm" kəlməsini,
Ulduzlar seyr edirsə günəşin sönməsini,
Sevdanin qış fəslinə açılıbdır qapılar,
Macal ver, dəli rüzgar , yarı yolda qalan var.
Yiğışibsa yollardan həsrətli baxışlarım,
Üz-gözumə yağmırsa kədərli yağışlarım,
Iz qoyursa köksumə taleyin naxışları,
Uca qüdrət "ol!"-deyər,yeni bir mən doğular,
Macal ver,dəli rüzgar,yari yolda qalan var .
Tənha Bulud,toxunma ruhumun yarasina,
Cəkilmişəm qəlbimin müqəddəs Hirasına,
Ərşdən göndərilmişəm fanilər arasına,
Əllərimdə nur seli, dodağımda dualar,
Macal ver dəli rüzgar, yarı yolda qalan var .
©tenhabulud
T