B

DOST

Dost odu ki Dosda yana ürəydən
Bir kəlməsiz Dostu qana ürəydən
Dostu gərəy doğma sana ürəydən
Yanmayan adamnan Dost ola bilməz.
Dost odu ki hər zəhmətə qatıla
Dost yolunda oda külə atıla
Düşmən deyil qara pula satıla
Yolundan dönəndən Dost ola bilməz.
Dost odu ki hesabında düz ola
Dost üzünə düz baxmağa üz ola
Yolu əyilməyə daim düz ola
Yolundan dönəndən Dost ola bilməz.
Dost odu ki ilqarınnan dönməyə
Dosta olan məhəbbəti sönməyə
Məhsəbinden imanından dönməyə
İmanından dönəndən Dost ola bilməz.
BƏHRUZ Dost yolunda möhkəm durandı
Dostunun Dostuna həm Dost olandı
Dostun düşməninə zərbə vurandı
Dostun düşmənindən DOST ola bilməz.
©baxruz