1

Dostluk hakkında..

Dostdan ayrılan kəs gül kimi solur,
Ağlayır, həsrətdən gözləri dolur,
Şad gündə yadlar da yanında olur,
Dost olur dar gündə gərək dostuna..
Dost gərək tutmasın üstün varını,
Aparsın ürəkdən dərd-qübarını,
Elə qazansın ki, etibarını,
Söykəyə biləsən kürək dostuna..
Dost üçün titrəyən yarpaq olasan,
Ayağının altda torpaq olasan,
Gərək dərdlərinə ortaq olasan,
Dərdi çox veribsə fələk dostuna..
Bir dost ki, dostunun qədrin bilərsə,
Sevinci, kədəri, qəmi bölərsə,
Bax , elə dost üçün lazım gələrsə,
Çıxarıb verəsən ürək dostuna..
©derdiqelem