A

Dostluq

Taleyin qisməti, alın yazısı.
Allahın yazdığı qədərdir dostluq.
Ürək axtarışı, qəlbin arzusu
İnsana verilən dəyərdir dostluq.
Zülmət gecələrdə tənha qalanda,
Fələk həyatına zəhər qatanda,
Ürəyin sıxılıb gözlər dolanda,
Harayına yetən həyandır dostluq.
Saf sutək təmizdir,amma içilməz,
Uca dağ kimidir keçib gedilməz,
Gizli xəzinədir sirri açılmaz,
Qəlbdən-qəlbə axan sehrdir dostluq..
©amine571