A

Dostluq

Bugünlərdə dərdim yaman dərinləşib
Dostlarla da aram biraz sərinləşib
Nəyə görə insanlar soyuqlaşıb
Vaxt da olub bizdə sevgi aşıb-daşıb
Niyə dostluq sonunadək davam etmir
Niyə son vaxt işlərimiz yola getmir
Dost dediyim gəlib soruşmur halımı
Niyə kimsə qırmır ürək qandalımı
Artıq məndə heç kimsəyə yoxdur güman
'Məndən bir an ayrı qalma, getmə aman'
Deyənlərin özü çoxdan yoxa çıxıb
Gedib mənim ümidlərimi vurub-yıxıb