M

🍃..Dövrü-Səfa..🍃

Ucalır göylərə hər zülm ilə min ahu-nəva
Aya bəs hansı zamanda enəcək zülmə bəla?!
🍂...🍃...🍂
Hamı həsrətlə deyir ki "bir gözəl yar gələcək"
Enəcəkdir yerə göydən də həmən vaxtı İsa
🍂...🍃...🍂
Çatacaqdır neçə məzlum və yetimlərə o gün
Bu qədər ağrı, bəladan sora bir zövqü-səfa
🍂...🍃...🍂
Deyir: 'Hər ağrılı dərddən sora asanlıq olar'
Kim ki hər vaxtı könüldən bu işə versə riza
🍂...🍃...🍂
Sən də, Rabil, nə qədər ağrı çəkərsənsə belə
Yenə qızdırma könül özgə bir əğyarə, yada
🍂QəmliAşiq🍂
©qemliaşiq