F

Döyüş Zamanı

Ömrümdə cansız bədən görməyən İnsan
Gördüm uzanib yerə alqan içində
Axsada qan əlini çəkməz öz silahindan
Mərd baxış var qanli görkəmində
Ətraf gurultulu bağırtılı səslərlə dolu
Kimi qolunu kimi itirib ayağını
Beynində bir fikir var şəhadət yolu
Tapşırır Allah'a pak olan canını
Qorxu var ölümdən yox əsir düşərəm deyə
Düşməndə yoxdur qeyrət yoxdur şərəf
Susuz ağızın qurusa su istəmərsən belə
Cəhənnəm tərəfdənsə xoşdur cənnət tərəf
Ucalmaq qismət olmaz sənə uca zirvə
Qayıdarsan döyüşdən göz yaşlarıyla
Söz keçməz həmən an dolmuş gözüvə
Yaralı olanlarda əlləşir öz canlarıyla
Kömək edə bilmirsən yaraliya can verir
Köməy istəyir çarəsiz qalirsan sən
Eybi yox sağolsun canın gülərək deyir
İçər həmin an Şəhadət şərbətindən
©fiko666