Ürəyim ağrayır,gözlərim dolur,
Biruzə vermirəm dərdi heçkimə.
Mənim taylarım xoş ömür sürür,
Mən isə düşmüşəm bağlı tilsimə.
Həyata baxdıqca artır nifrətim,
Dünyaya gəlməyə peşman olmuşam.
Talehim qaradır kordur qismətim,
Eləbil zindantək esir olmuşam.
Gözlərim aglayır hər deyqe her an,
Mən bu dərd içində itib batmişam.
Çarəsiz yatağa məhkum olmuşam
Nə olar Ey Rəbbim kömək ol mənə
Mən yorulsamda bu xəstəlikdən,
Səbrlə yanaşıb dua edirəm.
Bilirəm Allahın imtahanidir bu,
Sağalmaq üçündə dua edirəm,
Yanımda olanlar dəstəkdir mənə,
Yanlız onlar gərəkdir mənə,
Onlar yanimda olsa hər zaman,
Bir anlıq dərdimi unuduram mən.
©gulyeffa.f
G