Həyat bizi eyləyir mühakimə
Nə deyəsən belə zalim hakimə
Qəm, qüssəylə dolub-daşır qəlbimiz
Dərdimizi söylə deyək biz kimə?
🍂...🍃...🍂
Çoxalıbdır haqq yolundan azanlar
Mərdin arxasından quyu qazanlar
Görünməyir doğruları yazanlar
Dərdimizi söylə deyək biz kimə?
🍂...🍃...🍂
Çoxu dünya malını çox sevirdi
Çox az insan ona arxa çevirdi
Neçə şahı o taxtından devirdi
Dərdimizi söylə deyək biz kimə?
🍂...🍃...🍂
Rabil, sıra bir gün sənə çatanda
Haqq deyənlər al qanına batanda
Günahkarlar masqa altda yatanda
Dərdimizi söylə deyək biz kimə?
🍂QəmliAşiq🍂
©qemliaşiq
M