Dərdinə bürünən qadın,
Yıxılır yaddaşından.
Dərdi damla-damla olub,
Tökülür göz yaşından.
Qucaqlamaq istəyir,
o xoşbəxt keçmişinin
itirdiyi dizlərini.
Sürünərək hey axtarır,
Nakam sevgisinin izlərini.
Boğulur göz yaşında,
İntihara meyl edir.
Ölüm üçün yol axtarır,
Damarların seyr edir.
Buz kəsmiş əllərilə,
Silir gözündən yaşı.
Ağlamaqdan necə də,
Yamanca ağrıyır başı.
Anidən qalxır ayağa,
Keçir güzgünün önünə.
Çiyinləri düşmüş halda,
Acıyır öz gününə.
Bu ki,mənəm,mənmiyəm,
Qəhqəhə çəkərək gülür.
Dərdinə bürünən qadın,
Hər aldığı nəfəsdə,
Hər gün yaşayaraq ölür...
Qəmər Məmmədli
Q