Almışam əlimə dərdli qələmi,
Bir də yol yoldaşı - kağız parçası
O, gəlsin mən sərim qədəmlərinə
Sevgiylə toxunmuş könül xalçası..
Qoy əzsin xalçamı ayaqlarıyla,
Qəlbim sızlasa da məcburam dözüm.
Öpsün gözlərimdən dodaqlarıyla,
Ondan başqasını görməsin gözüm..
Sevgi, yalançı bir hissdir deyirlər,
Məcnuna anlatmaq olarmı bunu?
Axırı ölümdür, pisdir deyirlər,
Ölüm hər bir şeyin deyilmi sonu ?
Küləkdən heç bir şey istəmirəm mən,
Səsimi yarıma yetirsə bəsdir.
Kağıza yazdığım həmin sözləri,
Yarımın səsiylə gətirsə bəsdir..
©1parçaşeir
1